Futbol mərclərində necə udmalı? Yeni başlayan oyunçu oyunda hansı mərcləri seçməlidir? Mərclərdə uğur mümkündürmü? Bu sualları hazırki məqalədə cavablandırmağa çalışacağıq.

Yeni başlayanlar üçün bir neçə vacib məqam

Əgər mərclərdə yeni başlayan oyunçusunuzsa, o zaman növbəti tövsiyələr Sizə hələ işin əvvəlində bir neçə geniş yayılmış problemdən qaçmağa kömək edəcək. Bəli, futbol mərcləri – işdir. Maraqlı, lakin kifayət qədər mürəkkəb işdir.

  1. Futbol mərcləri üçün bukmeker kontorunun seçimi. Bukmeker seçiminə diqqətlə yanaşmaq lazımdır, çünki oyun bankınızın təhlükəsizliyi bundan asılıdır. Bukmeker kontorları qanuni və qeyri-qanuni olurlar. Biz, Azərbaycanın Gənclər və İdman Nazirliyindən lisenziyası olan bukmekerləri qanuni bukmeker adlandırırıq. Praktiki olaraq burada seçim yoxdur, çünki bir böyük oyunçu var – o da Topaz bukmeker kontorudur. Əcnəbi lisenziyalı bukmekerlər şərti olaraq qeyri-qanuni bukmekerlər adlanırlar. Əsasən bu Kyurasao adalarının lisenziyasıdır, şirkətlər özləri isə Kiprdə qeydiyyatdadırlar. “Azərbaycan üçün bukmeker kontorlarının reytinqi” məqaləsində etibarlı əcnəbi bukmekerlər təqdim edilmişdir.  
  2. Mərclər üçün liqalar seçimi. Bukmekerlərin futbol mərc xətti çox zəngindir. Hər gün onlarla, hətta yüzlərlə oyun həyata keçirilir. Çalışıb hamısında ardıcıl mərc etməyə dəyməz. Sizə aydın və maraqlı olan 2-3 liqa seçib, onların oyunlarını analiz edin. Bu, təcrübə toplayıb qazanmağa başlamaq üçün artıqlamasıyla kifayətdir.
  3. “Danışılmış” oyunlar və ödənişli proqnozlar.İnternetdə Sizə oyunlara proqnozlar satmağa hazır çox sayda saytlar, sosial şəbəkə qrupları, Telegram-kanallar var. Bir çox təkliflər çox cəlbedici görünürlər. Amma bu cür təkliflərin arasında xeyli sayda qeyri-dürüst və bəzən dələduz təklifləri də mövcuddur. Ödənişli proqnozlara abunə olmaqdansa, vaxtı və pulu futbol mərclərinin öyrənilməsinə sərf ertmək daha məqsədəuyğundur.
    “Danışılmış oyunlar” – ayrıca mövzudur. Nəticəsi əvvəlcədən razılaşdırılmış oyun belə adlanır. Məsələn, qələbəsinə çox yüksək mərc qoyulmuş autsayder gözlənilmədən qalib gəldikdə. Belə hallar baş verir, lakin bu cür oyun haqqında bilgisi olan kəsin məlumatları başqaları ilə bölüşəcəyinə inanmağa dəyməz. Həmçinin, “danışılmış oyunlar” qadağandır və futbol rəsmiləri tərəfindən aradan qaldırılır.

Əvvəldə necə bir qazanca ümid etmək olar?

Yuxarıda deyildiyi kimi, futbol mərcləri – işdir. Bu səbəbdən də bircə mərclə varlanmaq arzusundasınızsa, pulunuzu nəsə faydalı bir şeyə xərcləməyiniz daha yaxşı olar (məzuniyyət, sevdiyiniz insana hədiyyə və s).

İstənilən növ finans alətləri ilə qazancda olduğu kimi, mərclərdə qazanc da riskə məruzdur. Əgər ayda bankınızın 10%-ini qazana bilsəniz, yeni başlayan oyunçi kimi çox uğurlu oyunçu olduğunuzu hesab edə bilərsiz.

 Mərclərdə profesionallar həmişə işi uzun müddətə planlaşdırırlar. Onlar dərk edirlər ki, bəxtin gətirdiyi zolaqların olduğu kimi, uğursuzluq çağları da vardır.

 Mərcin ölçüsünü doğru seçmək lazımdır. Bu işdə Sizə aşağıdakı cədvəl kömək edəcək.

Əgər Sizin banknız

Risk edirsiniz

Udmaq üçün

Əldə etməyincə

Yaxud əldə etmədikdə

1000

22

20

1500

800

1500

33

30

2250

1250

2250

44

40

3000

1600

3000

66

60

4500

2400

4500

110

100

7500

4000

7500

165

150

11000

6000

11000

220

200

15000

8000

15000

330

300

22500

12000

22500

440

400

30000

16000

30000

660

600

45000

24000

45000

990

900

67500

36000

67500

1320

1200

90000

48000

90000

1760

1600

130000

70000

Ehtimal olunur ki, hər mərcdə əmsal 1.9-a bərabərdir. Bu əmsal belə bir təxmindən seçilib ki, ehtimalı 50% olan 2 bərabər ehtimallı nəticəyə mərc edirsiniz. Amma bukmekerlər heç vaxt 2 əmsal verməyəcəklər, pulların bir hissəsi onların qazancına gedəcək. Bu, “bukmekerin marjası” adlanır.

 Kapitalın idarəçiliyində başqa sistemlər də mövcuddur, lakin bu, qazanc/risk nisbətində optimaldır. Bu halda bankınızı hətta uduzmalar sırasından sonra da itirməyəcəksiniz, amma oyunların düzgün analizi sayəsində onu kifayət qədər tez artıracaqsınız.  

 Pulların idarəçiliyi üçün bir neçə tövsiyə:

  • Özünüzə və ailənizə böyük ziyan vurmadan uduza biləcəyiniz pullarla oynayın;
  • Mərclər üçün dostlarınızdan borca və bankdan kreditə pul götürməyin;
  • Va-bank oynamayın;
  • Bankınızı bir neçə bukmeker arasında bölüşdürün.

Hansı oyun strategiyaları mövcuddur və onlardan necə istifadə etməli?

Futbol mərclərində bir çox strategiya mövcuddur. Geniş yayılmış strategiyalar bunlardır:

  • Arbitraj mərc və ya “çəngəl”.Strategiyanın mahiyyəti eyni oyunun zidd nəticələrinə mərc etməkdədir. Bu halda hər iki nəticənin əmsalı 2-dən çox olmalıdır ki, istənilən nəticədə uduş təmin Bəzi oyunçular daha yaxşı əmsallar taparaq eyni anda fərqli kontorlarda mərc edirlər. Ancaq bukmekerlər “çəngəl”çilərlə mübarizə aparırlar.    
    Arbitrajın başqa variantı – nəticənin birinə xətdə, zidd nəticəsinə isə canlıda mərc etməkdir. Bu, “hedge etmək” deməkdir.
    Tutalım Siz meydan sahibinin qələbəsinə 2.2 əmsalla pul qoymusunuz. Komanda qazanmağa başlayır və canlıda qonaqların əmsalı 2.5-ə qalxır. Bu halda Siz ikinci komandanın da qələbəsinə pul qoya bilərsiz. İstənilən komanda qalib gəldikdə, nəticə müsbət olacaq. Amma nəzərə almaq lazımdır ki, futbolda heç-heçələr də olur.   
       
  • “Doqon”. Вu üsulda ehtimalı 50% olan, yəni təxmini 2 əmsallı nəticəyə mərc edirik. Mərc uduzduqda, növbəti dəfə mərci udana qədər mərcin ölçüsü ikiqat artırılır. Sonuncu uduşlu mərc öncəki bütün ziyanları ödəyəcək. Amma mərci udmamışdan öncə bankınız qurtara bilər.
  • Value Betting. Strategiyanın mahiyyəti dəyər axtarmaqdadır(ingiliscə – value). Oyuncu, bukmeker tərəfindən yanlış dəyərləndirilmiş hesab etdiyi hadisələri axtarır. Misal üçün, favoritə olan mərc açıq-aşkar aşağı salınıb, autsayderə isə əksinə, artırılıb. Belə oyunlarda autsayderə pul qoyub bəzən mərclərin uduşlu olacağına bel bağlamaqdır. Bu halda bir çox uğursuzluğa yol vermək olar, çünki autsayderin əmsalları çox böyük olur(10-15 və daha çox).

Futbolda nəyə pul qoymalı?

Bir çox bukmekerlərin futbol mərclərinə olan seçimləri o qədər müxtəlifdir ki, yeni başlayan oyunçu asanlıqla çaşa bilər. Komandalardan birinin qələbəsi və ya heç-heçəsi kimi hamı üçün aydın olan mərclərdən başqa, bir oyun üçün olan nəticələr sayı bəzən yüzlərlədir.

Futbol mərclərinin əsas növləri:

  • Nəticə — komandalardan birinin qələbəsi və ya heç-heçəsinə olan mərclər (1, X, 2). Əlavə vaxt hesaba alınmadan, oyunun əsas vaxtında əldə edilmiş nəticə nəzərdə tutulur.
  • Fora — müsbət, mənfi və ya sıfır ola bilər. Mənfi fora favoritə qoyulur: mərcin udması üçün komanda nəinki udmalıdır, həm də qolların fərqi ilə foranın dəyirini örtməlidir. Müsbət fora zəif komandaya qoyulur: sanki onun nəticəsinə qollar əlavə edirik. Sıfır foralı mərc qələbəyə pul qoymağa bənzəyir, lakin heç-heçə olduqda pullar oyunçuya geri qayıdır.
  • İkiqat şans — bu, birdəfəyə 2 nəticəni vurmaq imkanıdır. Birinci komanda qalib gəldiyində və ya heç-heçə olduğunda, 1X mərci udur. İkinci komanda qalib gəldiyində və ya heç-heçə olduğunda, 2X mərci udur. Oyunda heç-heçə olmadıqda 12-ci variant udur. İkiqat şansın əmsalları nəticənin əmsallarından xeyli aşağıdır, lakin uduş ehtimalı yüksəkdir.
  • Dəqiq hesab — əsas oyun vaxtı futbol hadisəsinin yekun hesab proqnozudur. Bu cür mərclərin əmsalları yüksəkdir, amma uduş ehtimalı azdır.
  • Total — oyunda hər iki komanda tərəfindən vurulmuş qolların ümumi sayıdır. 2 növ mərc var: ÜT (üst total) və AT (alt total) Qolların sayından başqa künc zərbələrin, ofsaydların, folların və oyundan kənarlaşdırılmaların və s totalıyla mərc etmək mümkündür.  
  • Taym-matç — birinci taymın və bütün futbol təkbətəkinin qalibinə proqnozdur. Bu, mürəkkəb mərc növüdür, amma əmsalları yüksəkdir.
  • Hər ikisi vuracaq — hər iki komandanın azı bir qol vuracağına mərc etməkdir. Bu mərcin əks variantı – “hər ikisi vuracaq – xeyr”dir. Ən azı komandalardan biri bir qol belə vurmadıqda, bu cür mərc uduşlu sayılır.   

Gözlənilən oyunu necə analiz etməli?

Oyunu düzgün analiz etmək üçün bir neçə faktora diqqət yetirmək lazımdır. Əsa faktorlar:

  1. Komandaların hazırki forması.Son vaxtlar komandalar necə oynayırlar: neçə qələbə, neçə vurulmuş və buraxılmış toplar var. 
  2. Oyuna olan tələb. Travma və ya oyundan kənarlaşdırılma ucbatından əsas oyunçuların itkisinin olub-olmaması məqsədilə komandaların heyətini dəyərləndirmək.  
  3. Meydan faktoru.Komanda üçün öz meydanında oynamaq daha rahatdır. Bir çox komandaların güclü dəstək qrupları vardır ki, öz komandalarını irəli “qovur” və rəqibə hiss ediləcək psixoloji təzyiq göstərə bilirlər.
    İkinci dərəcəli, lakin az vacib olmayan faktorlar:
  4. Oyun günü hava.Bol yağıntılar nəticəli komandaya çox qol vurmağa mane ola bilər.
  5. Dincəlmək üçün zaman.Əgər komandalardan biri bir müddət öncə güclü rəqiblə mübarizəyə qüvvəsini sərf edibsə və ya yaxın müddətdə məsuliyyətli oyun gözlənilirsə, bu zaman təxmin etmək olar ki, məşqçi komandanın gücünü qoruyacaq və meydana ehtiyat oyunçular buraxacaqdır. 
  6. Narahat rəqib.Dərəcə fərqinə baxmayaraq bəzi komandalar arasında prinsipal qarşıdurma vardır. Belə ki, liqanın orta dərəcəli komandası liderin meydanında onu uda və ya ən azı favoritdən ballar ala bilər.   
  7. Görüşün hakimi.Arbitr öz hərəkətləri ilə oyunun axarına əhəmiyyətli təsir edə bilər. Misal üçün hər kobudluğu saxlada və həddən artıq inadlı hücumçunun oyununu sındıra bilər. 

Oyunun nəticəsinə təsir edə biləcək bütün xırdalıqları nəzərə ala bilsəniz, böyük ehtimalla futbol mərclərində uğura nail olacaqsınız. 

Oyunların əmsalları haqqında steriotiplər

Bir çox oyunçular hesab edirlər ki, oyunların əmsalları bu və ya başqa nəticənin ehtimalını əks etdirir. Bu belə deyil. Onlara təkcə nəticənin ehtimalı qoyulmayıb, həmçinin kütlənin təsiri də nəzərə alınıb. 

Hər hansı bir oyuna olan bukmeker seçimlərini gözdən keçirsək görə bilərik ki, oyuna bir gün qalmış, bir saat və bilavasitə oyunun əvvəlində olan əmsallar son dərəcə fərqlənə bilirlər. Bu, çox sayda insanın mərc etdiyi mərkəzi oyunlarda xüsusən gözə çarpandır.      

Əgər Zenit – CSKA oyununda çoxu Zenitin qələbəsinə pul qoyursa, bu zaman bukmekerlər mərcləri balanslaşdırmaq və öz risklərini azaltmaq məqsədilə bu komandaya mərcləri azaldır, digərinə isə çoxaldırlar. Axı qələbəsinə çox pul qoyulmuş komanda qalib gəlsə, bukmeker kontoru uduşu öz hesabından ödəmək məcburiyyətində olacaq.

Mərclər üçün bankın bölüşdürülməsi

Hər bir oyunçu bilməlidir ki, 100%-li ehtimalla udmaq mümkün deyil. Buna görə də öz oyun bankını düzgün bölüşdürmək lazımdır. Hər bir ayrı mərcin optimal həcmi ümumi hesabın 2-5% -i olmalıdır. 

10%-li ehtimalla “partlatmağa” cəht etməkdənsə, 60%-li uduş ehtimalı ilə bir çox kiçik mərclər etmək daha məqsədəuyğundur. Pullar daha tez bitə bilər.

Bankın bölüşdürülməsində əsas məqam – elə bir mərc ölçüsü seçilməli və elə bir uduş ehtimalına nail olmaq lazımdır ki, bank uzun distansiyada daim artsın. Dərk etmək və qəbul etmək lazımdır ki, uduzma halları qaçılmazdır. Əsas olan uzunmüddətli uğurlu oyundur.

Nəticə

Futbol mərclərində udmaq mümkündür. Ancaq uğurlu oyunun əsas prinsiplərinə riayət etmək və bu işdə daim inkişaf etmək lazımdır.

Futbol mərcləri asan pullar deyil, maraqlı və əyləncəli işdir. Möcüzə gözləmək və uğuru quyruğundan tutmağa cəht etmək lazım deyil. Əsasları öyrənin, öz sisteminizi tərtib edin ya da artıq mövcud olan sistemi özünüzə uyğunlaşdırın. İnkişafdan qalmayın və uğur Sizə gələcək.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.